<?xml version="1.0" encoding="UTF-8"?><song><lyrics>[V1]
 Qəlbimə verdin bu böyük ümidi -
 Xilas olmuşam, xilas olmuşam!
 Bununçün verdi qurban Özünü
 Allahın Oğlu, xilas olmuşam!

[C1]
   Xilas olmuşam , xilas olmuşam
   Mən Allahın lütfü ilə.
   Azad olmuşam, azad olmuşam
   Mən İsanın İsmi ilə.

[V2]
 Nə ilə yuya bilər dünyada
 İnsan etdiyi hər bir günahı?
 Bununçün İsa endi dünyaya
 Məhkum etməkçün hər bir günahı.

[V3]
 Məni satın aldı çarmıxda axan
 Öz Qanıyla, xilas olmuşam!
 Dünyanın ən xoşbəxt insanıyam,
 Xilas olmuşam, azad olmuşam!</lyrics>
<title>Qəlbimə verdin bu böyük ümidi İL238</title>
<hymn_number>238</hymn_number>
</song>